25 il Azərbaycan naminə

27 oktyabr 2017-ci il tarixdə 103 saylı tam orta məktəbdə Yeni Azərbaycan Partiyasının 25 illik yubileyinə həsr olunmuş “ 25 il Azərbaycan naminə” adlı tədbir keçirildi.Tədbiri giriş sözü ilə açan məktəbin tərbiyə işləri üzrə direktor müavini, Yeni Azərbaycan Partiyasının Ərazi ilk partiya təşkilatının sədri Sevda Həşimova qonaqları, tədbir iştirakçılarını salamladı və qeyd etdi ki, Yeni Azərbaycan Partiyası ölkəmizin keşməkeşli bir dövründə yaranmışdır. Dağılmaqda olan ölkəni xilas etmək üçün 91 nəfər ziyalının Heydər Əliyevə müraciət ünvanlaması, Yeni Azərbaycan Partiyasının təsis olunaraq Heydər Əliyevin sədr seçilməsi milli dövlətçiliyimiz üçün mühüm dönüş nöqtəsi oldu. Ümummilli lider Heydər Əliyevin zəngin təcrübəsi, müstəqil dövlət quruculuğu yolunda gərgin fəaliyyəti Azərbaycanın gələcək taleyini müəyyənləşdirdi.Şagirdlərin ifasında şerlər səsləndi.Məktəbin tarix müəllimləri Şirinova Sevinc və Əliyev Murad öz çıxışlarında Ulu öndərin layiqli davamçısı, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində Azərbaycan inkişaf edərək regionun lider dövlətinə çevrildi. Ölkəmizin iqtisadi cəhətdən güclənməsi əhalinin sosial şəraitinin yaxşılaşmasına səbəb olduğunu vurğuladılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi