1999-cu ildə UNESCO-nun təşəbbüsü ilə oktyabrın dördüncü həftəsinin bazar ertəsi günü Dünya Məktəb Kitabxanaları Günü kimi təsis edilmişdir. 2008-ci ildən etibarən isə bu gün bir aylıq silsilə tədbirlərlə qeyd edilir. Bu gün 103 saylı tam orta məktəbdə də bu münasibətlə tədbir keçirildi.