9 noyabr -Dövlət Bayrağı Günüdür.

06.11.2015-ci il tarixində Binəqədi rayonu Z.Məmmədov adına 103 saylı tam orta məktəbdə Dövlət Bayrağı gününə həsr olunmuş tədbir keçirildi.İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Sonra tədbiri giriş sözü ilə məktəbin direktoru Y.Alməmmədov açdı. O, tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi və bildirdi ki, bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız-milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilib və qaldırıldı.2009-cu ildə Prezident İlham Əliyev Azərbaycanda Dövlət Bayrağı gününün elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, hər il 9 noyabr - Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd edilir və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edildi.162 metr yüksəklikdə dalğalanan Azərbaycan bayrağı dünyanın ən yüksək bayrağıdır.Tədbirdə məktəbin müəllim kollektivi və şagirdlər iştirak edirdilər.