Hər oxuyan Molla Pənah olmaz

20 oktyabr tarixində 103 saylı tam orta məktəbdə Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyinə həsr olunmuş "Hər oxuyan Molla Pənah olmaz" adlı tədbir keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2017-ci il tarixli sərəncamına əsasən Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş tədbirlər planına uyğun olaraq keçirilən tədbirdə məktəbin müəllim və şagird kollektivi , valideynlər iştirak etdilər. Məktəbin direktoru Səma Həziyeva çıxış edərək Vaqif yaradıcılığının əsas istiqamətləri, onun irsinin nəşr və tədqiq tarixindən danışdı.Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Vaqifin Şuşada ucaldılmış məqbərəsi haqqında slaydlar nümayiş etdirilmiş, görkəmli şəxsiyyətlərin Vaqif yaradıcılığı haqqında fikirləri səsləndirilmişdir. Tədbirdə məktəbin şagirdləri Vaqif poeziyasından seçmələri səhnələşdirilmiş şəkildə yığıncaq iştirakçılarına təqdim etmişlər.