"Xəmsə " Milli İntellektual Oyunu

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 06 oktyabr 2017-ci il tarixdə “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Xəmsə” Milli İntellektual Oyununun ikinci mərhələsi keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasına uyğun olaraq keçirilən yarışda iştirak etmiş 16 məktəbdən 4 məktəbin (83, 103, 244, 299 nömrəli tam orta məktəb) komandası yarımfinala vəsiqə qazanmışdır.Qeyd edək ki, “Xəmsə” Milli İntellektual Oyununun finalı 18 Oktyabr-“Dövlət Müstəqilliyi günü”nün 26-cı ildönümü ərəfəsində keçiriləcəkdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi