Milli musiqi günü

Sentyabrın 18-də 103 saylı tam orta məktəbdə 18 sentyabr Milli Musiqi gününə həsr olunmuş tədbir keçirilib.Tədbir ilk öncə dahi bəstəkar görkəmli musiqişünas alim müasir Azərbaycan musiqi sənətinin və milli operasının banisi professor Üzeyir Hacıbəyovun musiqisinə bəstələnmiş dövlət rəmzlərindən biri olan Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanıb.Tədbirdə 103 saylı tam orta məktəbin müəllim və şagird kollektivi iştirak edib.Məktəbin tərbiyə işləri üzrə direktor müavini Sevda Həşimova əlamətdar gün münasibətilə musiqiçiləri təbrik edib, musiqi sənətimizin banisi dahi bəstəkar haqqında onun bəstələdiyi əsərlər və komediyalar haqqında geniş məlumat verib.Sonra dahi bəstəkarın komediyalarından olan" Arşın mal alan", " O olmasın bu olsun" , "Ər və arvad" Azərbaycan bəstəkarlarının bəstələdiyi lirik mahnılar, muğamlar məktəblilərin ifasında maraqla qarşılanıb.Şagirdlərin əl işlərindən ibarət rəsm və milli musiqi alətlərindən ibarət sərgi təşkil olunub.