15 sentyabr -Bilik günüdür

15 sentyabr - Bilik günü respublikamızın bütün məktəblərində olduğu kimi 103 saylı tam orta məktəbdə də təntənəli şəkildə qeyd edilib. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Təbirdə məktəbin direktoru Səma Həziyeva çıxış edərək bütün məktəb kollektivini yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edib və onlara uğurlar arzulayıb.Direktor Prezident İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan, Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən və müasir tələblərə cavab verən məktəblərdən, şagirdlərə yaradılan şəraitdən danışıb.Məktəbin tərbiyə işləri üzrə direktor müavini Sevda Həşimova ali məktəbə daxil olmuş məzunları yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edib, valideynlərə, müəllimlərə və şagirdlərə uğurlar arzulayıb.Tədbirdə Xocəsən bələdiyyəsinin İctimai humanitar məsələlər üzrə sektor müdiri Pərvanə Gözəlova , Xocəsən bələdiyyəsinin üzvi Ağayar Məmmədov və valideynlər iştirak etdilər.Tədbirin sonunda “İlk Zəng” çalınmış və dərs başlanmışdır.