1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günüdür

Bu gün Z.Məmmədov adına 103 saylı tam orta məktəbdə 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə bayram tədbiri keçirildi.Tədbiri giriş sözü ilə məktəbin tərbiyə işləri üzrə direktor müavinin Sevda Həşimova açdı.O,çıxışında bildirdi ki, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. Uşaqlar dünyada hamı üçün əzizdir. Dünyanın hər yerində uşaqlara qayğı və uşaqların qorunması xüsusi əhəmiyyət kəsb edir. Uşaqları Beynəlxalq Müdafiə günü on illərdir bütün dünyada keçirilir və hər bir ölkə, hər bir dövlət uşaqları qorumağı, uşaqları müdafiə etməyi özünün əsas vəzifəsi hesab edir. Respublikamız da bu mühüm məsələyə daim diqqət və qayğı ilə yanaşır. Tədbirdə şagirdlər müxtəlif rəqslər və şeirlər ifa etdilər .