Müstəqilliyimiz əbədidir.

Oktyabrın 15-də Binəqədi rayonu Z.Məmmədov adına 103 saylı tam orta məktəbdə Müstəqillik Günü münasibətilə "Müstəqilliyimiz əbədidir" adlı tədbir keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı.Məktəbin tarix müəllimi Əliyev Murad Müstəqillik Günü haqqında şagirdlərə məlumat verdi.Bildirdi ki,xalqımız keşməkeşli mübarizələr və qurbanlarla dolu tarixi bir yol keçmişdir..1991-ci il oktyabrın 18-dən Azərbaycan istiqlal, suveren bir ölkədir.Müstəqilliyin əvəzsiz bir nemət və xalqın tarixi taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən ulu öndər Heydər Əliyev Azərbaycan müstəqilliyini əbədi və dönməz etdi.Sonra şagirdlərin ifasında şerlər səsləndi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi