Azərbaycan gəncləri narkotiklərə yox deyir

Binəqədi rayonu Z.Məmmədov adına 103 saylı tam orta məktəbdə narkomaniyaya qarşı "Azərbaycan gəncləri narkotiklərə yox deyir "adlı tədbir keçirilmişdir.Tədbirdə təlim tərbiyə işləri üzrə dirktor müavini Sevda Həşimova,məktəbin psixoloqu Zöhrə Əliyeva ,uşaq birliyi rəhbəri Vüsalə Məmmədova narkomaniya ilə bağlı və onun la mübarizə yolları haqqında geniş məlumat verdilər.Tədbirdə bu sahədə məktəblərin rolu xüsusi qeyd olundu.Məktəblərin narkomaniyaya qarşı apardığı təbliğat çox güclü vasitədir.Bu gün bəşəriyyəti düşündürən ,rahatsız edən ən ağrılı problemlərdən biri və ən başlıcası cəmiyyətin ciddi bəlasına ,xalqın,millətin təhlükə mənbəyinə çevrilən narkomaniyadır. Əlbəttə,başqa dövlətlərlə müqayisədə ölkəmizdə narkomaniya o qədər də dəhşətli şəkil almayıb.Ancaq yaddan çıxarmaq lazım deyil ki,narkomanlıq yoluxucu xəstəlikdir.Yeniyetmə və gənclərin narkomaniyaya qurşanmasına ,onların təhsildən yayınmasına,ictimai həyatdan uzaqlaşmasına ,ən əsası da sağlamlıqlarının zərbə altında qalmasına səbəb olur.S.Həşimova alkoqolizm və narkotik barədə"Sağlamlığın düşməni"adlı söhbət apardı.Şagirdlərdən Şirinov Emin alkoqollu içkilərin insan səhhətinə zərərli təsiri haqqında geniş məlumat verdi,Güləliyev Tural siqaret çəkməyin ziyanlarını vurğuladı.Z.Əliyeva "mən idmanı seçirəm ,sağlam həyatı seçirəm"məzmunlu bir çıxış səsləndirdi.Tədbirdə 20 şagird iştirak etmişdir.