5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

Oktyabrın 5-də Z.Məmmədov adına 103 saylı tam orta məktəbdə 5 oktyabr -Beynəlxalq Müəllimlərə Gününə həsr olunmuş tədbir keçirildi.İlk öncə tədbir aparıcısı şərəfli sənət sahiblərini ,bu adın mənəvi yükünü təmiz vicdanla daşıyan və bu ada layiq olan bütün müəllimləri bayram münasibətilə təbrik etdi.Qeyd olundu ki,Müəllimlər günü bütün dünyada olduğu kimi ,ölkəmizdə də hər il 5 oktyabr 1993-cü ildən qeyd olunmağa başlayıb.Sonra tədbirin bədii hissəsində məktəbin şagirdləri bayram konserti ilə məktəbin müəllimlərini təbrik etdilər.Maraqlı ifalar ,rəngarəng nömrələr müəllimlərə əsl bayram hədiyyəsi oldu.Tədbirin sonunda məktəb rəhbərliyi bütün müəllimlərə cansağlığı ,çətin və mürəkkəb işlərində müvəffəqiyyət arzuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi