Milli Musiqi Günü

Sentyabrın 18-də Z.Məmmədov adına 103 saylı məktəbdə Milli Musiqi Gününə həsr olunmuş "Musiqimizi qoruyaq"adlı tədbir keçirildi.Tədbir bəstəkarın müəllifi olduğu Azərbaycan Dövlət Himninin səslənməsi ilə başladı.Sonra tədbiri giriş sözü ilə Alməmmədov Yusif açaraq Ü.Hacıbəylinin həyat və fəalliyəti haqqında danışdı.Tədbir zamanı məktəbin musiqi müəlliməsi Hüseynova İnci çıxış edərək bildirdi ki,ümummilli liderimiz Heydər Əliyevin 1995-ci il 18 sentyabr tarixli Fərmanına uyğun olaraq Milli Musiqi Günü qeyd olunur.Tədbirin sonunda şagirdlər Ü.Hacıbəylinin "O,olmasın,bu olsun"və"Arşın mal alan"operettasından səhnəciklər göstərdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi