İKT bu günümüzdə

13 aprel Z.Məmmədov adına 103 saylı tam orta məktəbdə 2016-2017-ci illərdə yüksək texnologiyalar sahəsində ixtisasların təbliğinə dair maarifləndirmə işlərinin aparılması ilə bağlı məktəbin X-XI sinif şagirdləri ilə tədbir keçirilmişdir.Tədbirdə məktəbin direktor əvəzi Səma Həziyeva ,informatika müəllimləri Rauf Əliyev və Çimnaz Məmmədova çıxış etmişdir.Çıxışlarda bildirildi ki, İKT-nin təhsildə tətbiqi Azərbaycan vətəndaşlarının müasir biliklərə və bacarıqlara malik olan yeni nəslin formalaşmasına birbaşa təsir edən yüksək mahiyyətli məsələdir.Son illər dövlət tərəfindən təhsil sistemində İKT-nin tətbiqi sahəsində müxtəlif layihə və tədbirlər həyata keçirilməkdədir.Bu müstəvidə icra olunan fəaliyyətlər təhsil sahəsində aparılan strategiya çox vacib mərhələlərdən biri hesab edilən təhsil ocaqlarında İKT infrostrukturun qurulmasına yönəlib.Təsadüfi deyil ki, ümummilli lider H.Əliyev tərəfindən İKT-nin 2012-ci illərə qədər cəmiyyətin müxtəlif sahələrində tətbiqi ilə bağlı "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər) "adlı sənəd qəbul edilmişdir.Həmin siyasi kursun davamı olaraq Prezident İlham Əliyev tərəfindən də ölkəmizin informasiya cəmiyyətinin artıq praktiki müstəvidə bir konkret fəaliyyət planı çərçivəsində icra olunması üçün müəyyən tədbirlər həyata keçirilir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi