MƏKTƏBİMİZİN ŞƏHİD MƏZUNU HƏCİ HÜSEYNOV

Məktəbimizin şəhid məzunu Həci Hüseynovun doğum günü münasibətilə anım tədbiri keçirildi. Tədbirdə şəhidin qəhrəmanlığı yad edildi, onun vətənpərvərliyi haqqında şagirdlərə geniş məlumat verildi. Bu cür tədbirlər gənc nəslin vətənə sevgi ruhunda tərbiyə olunmasında mühüm rol oynayır. Məktəbin müəllim kollektivi və şagirdlər şəhidin məzarını ziyarət etdilər.