SON ZƏNG

14 iyun ümumtəhsil məktəblərində “Son zəng” tədbiri qeyd olunur.
Minlərlə məzun üçün bu zəng yalnız məktəb illərinin başa çatdığını deyil, həm də yeni həyat mərhələsinin başlandığını xəbər verir. Sevincli, həyəcanlı, bəzən kədərli, bəzən ümid dolu olan bu gün hər bir şagirdin yaddaşında ömürlük iz buraxır. Azərbaycanda da “Son zəng” tədbiri illərdir ki, məktəb məzunları üçün ən əlamətdar və yaddaqalan günlərdən biri hesab olunur.