ZƏRƏRLİ VƏRDİŞLƏRƏ YOX DEYƏK, NARKOTİK VASİTƏLƏRƏ QARŞI MÜBARİZƏ!

Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə “Narkomaniya və zərərli vərdişlərə “Yox” deyirik!” başlığı altında maarifləndirici tədbir keçirilmişdi.
Tədbirin keçirilməsində əsas məqsəd narkomanlığa və digər zərərli vərdişlərə qarşı mübarizənin gücləndirilməsi, antinarkotik və siqaretə qarşı təbliğat, həmçinin sağlam həyat tərzinin təbliğ edilməsi olmuşdur.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Səma Həziyeva ölkəmizdə narkotiklə mübarizəyə çox ciddi önəm verildiyini qeyd edərək narkomaniyanın bəşəriyyət üçün faciəyə çevrildiyini və bütün zərərli vərdişlərə qarşı mübarizədə gənclərin fəal olmasının vacibliyini vurğuladı.