PEŞƏ TƏHSİL MƏRKƏZİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

Bu gün məktəbimizdə peşəyönümlü görüş keçirildi.
Peşə Təhsil Mərkəzinin nümayəndələri məktəbimizə gələrək şagirdlərə və müəllimlərə peşə təhsili haqqında maarifləndirici məlumatlar verdilər.
Görüş zamanı açılacaq ixtisaslar, əlavə təhsil imkanları və peşə təhsilinin üstünlükləri barədə geniş məlumat təqdim olundu.
Şagirdlər və müəllimlər üçün maraqlı və faydalı bir görüş oldu.
Peşə təhsili gənclərə əmək bazarına uyğun bilik və bacarıqlar qazandırmaqla yanaşı, onların gələcək karyera yolunu düzgün seçməsində də mühüm rol oynayır.