Təhlükəsizlik günü

Ümumi təhsil müəssisələrində normal iş ahənginin qurulması və təlim-tərbiyə prosesinin mövcud qanunvericiliyin tələblərinə uyğun aparılması üçün mühüm şərtlərdən biri də müəssisədə təhlükəsiz mühitin yaradılmasıdır. Təhlükəsiz məktəb şagirdlərin, müəllimlərin və məktəb kollektivinin digər üzvlərinin özlərini fiziki, psixoloji və sosial baxımdan tam sərbəst hiss etdikləri yerdir.
Qeyd olunanları nəzərə alaraq, məktəbimizdə təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə aşağıdakı hallara ciddi nəzarət olunur:
- təhlükəsizlik tədbirləri ilə bağlı məktəbdə çalışan bütün işçilər və valideynlərin maarifləndirilməsi, bununla bağlı onların məsuliyyətinin artırılması;
- mövcud şagird sayı nəzərə alınmaqla ibtidai sinif şagirdləri binanın ayrı bir hissəsində təhsil alır və onların həmin yerdəki sanitar qovşaqlarından istifadə etmələri təmin olunur;
- hər həftənin bir günü təhlükəsizlik günü elan edilib, həmin gün məktəb binasında monitorinqlərin aparılır, təşkilatçı və sinif rəhbərlərinin hesabatları dinləməsinin təşkili, bununla bağlı görüləcək işlər əvvəlcədən planlaşdırılır.
- siniflərdə çantalara baxış keçirilir;
- məktəbə giriş və çıxışlara nəzarət müəllimlərdən ibarət növbətçilik təşkil etməklə gücləndirilib
- risk qrupunda olan şagirdlərlə məktəb psixoloqu tərəfindən işlər aparılır, nəticələrlə sinif rəhbərləri və valideynlər məlumatlandırılır;
- şagirdlərin davranışında müşahidə edilmiş nöqsan və çatışmazlıqlarla bağlı sinif rəhbəri, fənn müəllimləri və valideynlərə rəsmi xəbərdarlıq edilir;
- şagirdlərin hər gün məktəbə qəbulu və məktəbdən evə yola salınması müəllimlərin, təşkilatçı Yasəmən Abdullayeva və UBTR Vüsalə Məmmədovanın müşaiyəti ilə aparılır;
- kənar şəxslərin ümumi təhsil müəssisəsinə buraxılmamasına ciddi nəzarət olunur;
- qapı, pəncərələrin təhlükəsizliyi və işlək vəziyyətdə olması nəzarətdə saxlanılır;