Şəhidlər ölməz , Vətən bölünməz!

4 aprel tarixində Z.Məmmədov adına 103 saylı tam orta məktəbdə aprel döyüşlərində şəhid olmuş Hacıağayev Cabbarxan İlham oğlunun xatirəsinə həsr olunmuş "Şəhidlər ölməz,Vətən bölünməz!"adlı tədbir keçirildi.Tədbir məktəbin direktor əvəzi Həziyeva Səma xanımın çıxışı ilə başladı.İlk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra məktəbin tərbiyə işləri üzrə direktor müavini Həşimova Sevda xanım da çıxış etdi. Tədbirdə 103 saylı tam orta məktəbin şagird və müəllim kollektivi ,Xocəsən bələdiyyəsinin İctimai humanitar məsələlər üzrə sektor müdiri Pərvanə Gözəlova , Xocəsən qəsəbə nümayəndəliyinin işçisi Zülfiyyə Əsədullayeva iştirak edirdilər.Tədbirin sonunda Hacıağayev Cabbarxan ilham oğluna həsr olunmuş videosüjet nümayiş olundu.Tədbirdən sonra şəhidin məzarı ziyarət edildi.