Xalqımızın milli-mənəvi dəyərlər sistemində ailənin rolu

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Dəyərlərimizi qoruyaq” layihəsi çərçivəsində Z.Məmmədov adına 103  nömrəli tam orta məktəbdə " Xalqımızın milli-mənəvi dəyərlər sistemində ailənin rolu " mövzusunda tədbir keçirildi. Tədbirin keçirilməsinin əsas məqsədi milli-mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsi, bu dəyərlər sistemində ailənin rolunun vacibliyini təcəssüm etməkdən ibarət olub. Tədbirdə məktəbin direktoru Səma Həziyeva da  da iştirak edib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayib.
 Səma Həziyeva  ailənin xalqımızın mədəniyyətinin ənənələrinin həmçinin sosial həyatının əsasını təşkil etdiyini bildirib. O, ailə dəyərləri-hörmət və ədəb, əməksevərlik və qətiyyət, mədəniyyət və irsə hörmət kimi milli-mənəvi dəyərlərimizdən danışıb. 
 Məktəbin psixoloqu sağlam ailə psixologiyasının formalaşdırılmasından, vətənpərvərlik və milli kimlik, məsləhət və həqiqət axtarışı, Tolerantlıq və bərabərlik kimi milli-mənəvi dəyərlərimizin önəmini qeyd edib. 
 Mövzu ilə əlaqədar videoslaydlar nümayiş olunduqdan sonra  şagird və valideynlərə milli-mənəvi dəyərlərimizə aid suallar verilib və cavablar əsasında müzakirələr aparılıb. 
 Tədbirin sonunda şagirdlər və valideynlər “Ailə psixologiyası” adlı krossvordu həll ediblər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi