HEYDƏR ƏLİYEVİN MƏZARI ZİYARƏT EDİLİB

Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbin müəllim və şagirdləri müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin doğum günü ilə əlaqədar Fəxri Xiyabanı ziyarət edib. Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla yad edilib.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad olunub, məzarı önünə tər çiçəklər düzülüb.