“KİTABİ-DƏDƏ QORQUD” DASTANINDA MİLLİ-MƏNƏVİ DƏYƏRLƏR ADLI DİSKUSİYA

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Dəyərlərimizi qoruyaq” layihəsi çərçivəsində Z.Məmmədov adına 103 nömrəli tam orta məktəb kitabxanasının təşkil etdiyi “Kitabi-Dədə Qorqud” dastanında milli-mənəvi dəyərlərin müzakirəsinə həsr olunmuş diskusiya təşkil olunub.
Diskusiya zamanı dastandakı qəhrəmanlıq, vətənə bağlılıq, ailə dəyərləri və milli kimlik mövzularına toxunuldu. Şagirdlərin maraqla dinlədiyi görüş, onların mədəni irsimizi daha dərindən tanımasına töhfə verdi.