“AİLƏMƏ MİNNƏTDARAM” MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ MƏŞĞƏLƏ

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 3-29-59/3-2-192F/2025 nömrəli əmrinə əsasən “Ailəm və məktəbim” layihəsi çərçivəsində məktəbin psixoloqları  Günəş Cahangirli və Sevinc Abbasova  tərəfindən IVc sinif şagirdləri ilə birlikdə “Ailəmə minnətdaram” mövzusunda maarifləndirici məşğələ keçirildi. Məşğələnin keçirilməsinin məqsədi şagirdlərə ailə dəyərlərinin müqəddəs olduğunu aşılamaq, milli mənəvi dəyərlərimizə hər zaman hörmətlə yanaşmağı təşviq etməkdən ibarət olmuşdur. Şagirdlər tərəfindən Təşəkkür lövhəsi hazırlandı. Lövhədə şagirdlər valideynlərinə olan sevgi, hörmət və minnətdarlıq duyğularını əks etdirdilər. Sonra ailələrə təşəkkür videosu hazırlandı.

Məşğələ şagirdlər tərəfindən böyük maraqla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi