Narkomaniyaya qarşı mübarizə və zərərli vərdişlərdən qorunma yolları

Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbin “Sağlam nəsil- parlaq gələcək “ layihəsinin keçirilməsi ilə bağlı Tədbirlər Planına əsasən şagirdlərin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə “Narkomaniyaya qarşı mübarizə və zərərli vərdişlərdən qorunma yolları “ adlı seminar keçirildi. Məktəbin psixoloqu Günəş Cahangirli şagirdlərə narkotik maddələrin ziyanı, narkomaniyanın fəsadları haqqında ətraflı məlumat verdi. O vurğuladı ki, hər bir yeniyetmə və gənc zərərli vərdişlərdən uzaq durmalı, diqqətini təhsilə və idmana yönəltməlidir. Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Yasəmən Abdullayeva çıxışında insan sağlamlığına zərər verən vərdişlərdən uzaq olmağın vacibliyindən danışdı . Daha sonra mövzu ilə bağlı videoçarxlar nümayiş etdirildi. Həmçinin şagirdləri maraqlandıran suallar cavablandırıldı, şagirdlərin iştirakı ilə müzakirələr aparıldı.
#SağlamNəsilParlaqGələcək