KONSTİTUSİYA VƏ SUVERENLİK İLİ İLƏ ƏLAQƏDAR AĞACƏKMƏ AKSİYASI

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkəmizdə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Bununla bağlı həyata keçiriləcək tədbirlərə dair Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Tədbirlər Planına müvafiq olaraq məktəb üzrə Tədbirlər Planı hazırlanmışdır. Tədbir planına əsasən, məktəbdə “Konstitusiya və Suverenlik İli” ilə bağlı forum, konfrans, simpozium, “Dəyirmi masa”, “Açıq dərs” və seminarların, müxtəlif müsabiqələrin, sərgi və festivalların, elm və mədəniyyət xadimlərinin, təhsil işçilərinin, tanınmış ziyalıların iştirakı ilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Mayın 2 -də Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin işçiləri , məktəbin müəllim və şagirdləri ilə birlikdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası keçirdilər.