Mən öz gələcəyimi seçirəm

Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbin “Sağlam nəsil- parlaq gələcək “ layihəsinin keçirilməsi ilə bağlı Tədbirlər Planına əsasən “Mən öz gələcəyimi seçirəm “ mövzusunda konfrans keçirildi. Konfransın əsas məqsədi şagirdlərə zərərli vərdişlər – xüsusilə narkomaniya və siqaretə qarşı mübarizədə öz mövqelərini bildirməsidir. Məktəbli gənclər bir daha dərk etdilər ki, “Həqiqi güc – zərərli vərdişlərə YOX deyə bilməkdir!”.
Məktəb olaraq inanırıq:
Sağlam düşüncə, təmiz həyat və düzgün seçimlər – sabahın uğurlu cəmiyyətini formalaşdırır!