TƏHSİLLİ QIZLAR - İŞIQLI SABAHLAR

Bu gün məktəbimizdə qızların təhsildən yayınması ilə bağlı “Təhsilli qızlar- işıqlı sabahlar” şüarlı tədbir keçirildi.
Təhsil təkcə bilik deyil, həm də azadlıqdır. Bir qızın təhsildən yayındırılması, onun gələcəyinin əlindən alınması deməkdir. Bəzi hallarda erkən nikah, ailənin maddi çətinlikləri, stereotiplər və ya “qıza təhsil vacib deyil” düşüncəsi qızların məktəbdən uzaq düşməsinə səbəb olur.
Amma unutmayaq ki, təhsilli qadın təkcə özünü yox, həm də cəmiyyəti inkişaf etdirir. Gələcəyin savadlı anaları, alimləri, müəllimləri, liderləri bu gün sinif otaqlarında formalaşır. Hər bir qızın təhsil almaq haqqını müdafiə edək, çünki onların uğuru cəmiyyətimizin uğurudur!