VALİDEYNLƏRLƏ GÖRÜŞLƏR DAVAM EDİR

Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə məktəb rəhbərliyi və yuxarı sinif şagirdlərinin valideynlərinin iştirakı ilə valideyn iclası keçirilib.
İclası giriş sözü ilə açan məktəbin direktoru şagirdlərin uğurunda valideynlərin rolu ilə bağlı məlumat verib. Uğurların çox olması üçün tədris, təlim və tərbiyyənin qırılmaz əlaqədə olması, güclü nizam – intizamın və dərsə davamiyyətin, eləcə də müəllim– valideyn – şagird üçbücağının möhkəm olmasının vacibliyindən danışıb. Məktəb kollektivinin təhsil sahəsində hər zaman geniş addımlar atdığını, hər bir şagirdə fərdi yanaşmanın peşəkarcasına həyata keçirildiyini vurğulayan direktor bundan sonra da təhsilin keyfiyyətini yüksəltmək üçün valideynlərin arzu, təklif və fikirlərinin dinlənilməsinin çox önəmli olduğunu söyləyib. Eyni zamanda, valideyn - məktəb əlaqələrinin sıx olmasının təlim-tərbiyə prosesində yüksək nəticələr göstərdiyini, valideynlərə övladlarının məktəb həyatı ilə müntəzəm olaraq maraqlanmağı, onlara hər zaman mənəvi dəstək olmağı tövsiyə edib.