HƏRBİ QƏNİMƏTLƏR PARKINA EKSKURSİYA

Aprel döyüşlərinin ildönümü ilə bağlı Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbin müəllim və şagirdləri ilə Hərbi Qənimətlər parkına ekskursiyası təşkil olundu.
Ekskursiyanın məqsədi şagirdlərə vətənpərvərlik hissinin aşılanmasıdır.
Şagirdlər 44 günlük Vətən müharibəsi zamanı əldə edilmiş qənimətlərin sərgiləndiyi parkda eksponatlarla tanış oldular. Vətən müharibəsində Müzəffər Ordumuzun göstərdiyi igidlik və qəhrəmanlıq, düşmənin canlı və hərbi qüvvəsinin itkiləri barədə ətraflı məlumat aldılar.