KOMPÜTER ƏSRİ

Aprel ayında Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə informatika müəllimləri Şəbnəm Məlikova və Səfurə Haşimova “Kompüter əsri olsa da, kompüterin əsiri olmayaq” mövzusunda tədbir təşkil etdilər. Tədbirdə artıq gündəlik həyatımızın ayrılmaz tərkib hissələrindən birinə çevrilmiş kompüter texnikasının faydaları ilə yanaşı insan səhhətinə zərərlərindən də söhbət açıldı, maraqlı fikir mübadiləsi yarandı.