7APREL -ÜMUMDÜNYA SAĞLAMLIQ GÜNÜ

7 aprel "Ümumdünya Sağlamlıq Günü" ilə əlaqədar Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə Səadət Labazanovanın təşkilatçılığı ilə  tədbir keçirildi. Səadət Labazanova  sağlamlıq, sağlam qida, zərərli vərdişlər kimi mövzularla şagirdləri maarifləndirdi. Uşaqlara Ümumdunya Sağlamlıq Gününün tarixi və əhəmiyyəti barədə məlumat verildi. Bu məlumatlardan sonra uşaqlarla disskusiya keçirilmişdir. Sağlamlıqla bağlı öz fikirlərini bildirən uşaqlar sağlam həyat tərzinin təkcə özündən, öz evinin təmizliyindən ibarət olmadığını, ətraf mühitə qarşı diqqətli olmağın vacibliyinə bir daha əminliklərini bildirmişlər. Tədbirin məqsədi uşaqların sağlam böyümələrinə və inkişafına yardım etməklə yanaşı, onların diqqətini müasir dünyada qlobal bir problem olan ətraf mühit çirklənmələri haqqında biliklər veməklə onların məlumatlılıq səviyyəsini artırmaq idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi