ŞƏHİDLƏR UNUDULMUR

04 aprel 2025-ci il tarixində Xocəsən qəsəbəsində Aprel döyüşlərinin şəhidi Cabbarxan Hacıağayevin anım günü ilə əlaqədar məzarı ziyarət olundu. Ziyarətdə şəhid ailələri, Z.Məmmədov adına məktəbin müəllim və şagird kollektivi , Xocəsən qəsəbə bələdiyyəsinin məsul əməkdaşları, kənd sakinləri iştirak etdilər.
Mərasimdə şəhidlərin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və gül dəstələri düzüldü.
Vətənimizin ərazi bütövlüyünün bərpası və suverenliyimiz uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.