BEYNƏLXALQ POEZİYA GÜNÜ
Poeziya milliliyi ilə yanaşı, həm də bəşəri mahiyyət daşıyır. Hər bir xalqın poeziyasının özünəməxsusluğu var. Türkiyənin tanınmış mədəniyyət xadimi - şair, dramaturq, rejissor və tərcüməçi Tarik Günersel Beynəlxalq Poeziya Gününün qeyd olunmasını 1997-ci ildə təklif kimi irəli sürüb. Bu təklif istər sənət aləmində, istərsə də xalqlar arasında ehtiramla qaşılanıb. 1999-cu ildə UNESCO-nun 30-cu iclasında 21 mart “Beynəlxalq Poeziya Günü” elan olunub.
Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbin kitabxana müdiri Minayə Məmmədovanın təşkilatçılığı ilə Beynəlxalq Poeziya Günü ilə əlaqədar tədbir keçirildi.