KONSTİTUSİYA VƏ SÜVERENLİK İLİ"NƏ HƏSR EDİLMİŞ TƏDBİRLƏR KEÇİRİLİR

2025-ci il – Konstitusiya və Suverenlik İli ilə bağlı məktəbdə məlumatlandırma tədbiri keçirildi.
Məktəbimizdə 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi ilə bağlı şagirdlər üçün maarifləndirici tədbir təşkil olundu. Tədbirin məqsədi şagirdlərə Azərbaycan Respublikasının Konstitusiyasının əhəmiyyəti, dövlət suverenliyinin qorunması və milli dəyərlərimizin möhkəmləndirilməsi haqqında ətraflı məlumat vermək idi.
Tədbirdə çıxış edən müəllimlər Konstitusiyanın qəbulunun 30 illiyi, onun vətəndaş hüquq və azadlıqlarının təmin edilməsində rolu, qanunun aliliyi prinsipləri və Azərbaycanın müstəqillik tarixi barədə danışdılar. Şagirdlər suverenliyin qorunmasının və dövlətçiliyin möhkəmləndirilməsinin vacibliyi, Vətən müharibəsində əldə olunan qələbənin önəmi haqqında da məlumatlandırıldılar.
Daha sonra interaktiv sual-cavab sessiyası keçirildi və şagirdlər Konstitusiya və suverenlik mövzusunda öz fikirlərini bölüşdülər. Tədbir çərçivəsində "Mənim hüquqlarım və vəzifələrim" mövzusunda qısa təqdimatlar da nümayiş olundu.