ÜMUMDÜNYA MÜLKİ MÜDAFİƏ GÜNÜ”NƏ HƏSR OLUNMUŞ MAARİFLƏNDİRİCİ GÖRÜŞ

28.02.2025-ci il tarixində məktəbin Mülki Müdafiə tədbirlər Planına əsasən “Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş maarifləndirici görüş təşkil edildi. Görüşdə məktəbin Mülki Müdafiə qərargahının rəisi Cəmalə Hüseynova , məktəbin müəllimləri və şagirdlər iştirak etdi. Görüşü giriş sözüylə açan Cəmalə Hüseynova şagirdlərə Mülki Müdafiənin əhəmiyyəti, vəzifələri, fövqəladə hallara qarşı hazırlıqlı olmağın yolları , Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaranma tarixi və inkişaf yolu, Azərbaycanın bu təşkilata daxil olması və sonrakı rolu barəsində məlumat verdi. Sinif rəhbəri Arzu Eyvazovanın iştirakı ilə fövqəladə hallar zamanı ilk yardım tədbirləri əyani şəkildə nümayiş etdirildi. Sonda Mülki Müdafiə Gününə həsr olunmuş videoçarx nümayiş etdirildi. Görüşün keçirilməsində məqsəd şagirdlərin mühafizəsini təşkil etmək, fövqəladə hallarda əhalinin hazırlığını təmin etmək, mühafizə vasitələri ilə əhalinin təmin olunması və ilk yardım məsələlərində istiqamət verməkdir.