“MƏKTƏB BIZƏ NƏ VERIR?” VALIDEYNLƏRIN MƏKTƏBƏ VƏ PEDAQOJI PROSESƏ MÜNASIBƏTININ ÖYRƏNILMƏSI VƏ PLANLAŞDIRILMASINI TƏŞKIL ETMƏK

IX – XI sinif şagirdlərinin valideynləri ilə “Məktəb bizə nə verir?” adlı anket sorğusu keçirilmişdir. Sorğunun məqsədi valideynlərin məktəbə və pedaqoji prosesə münasibətinin öyrənilməsindən və gələcək fəaliyyətin planlaşdırılmasından ibarət olmuşdur. Valideynlər keçirilən sorğunun nəticəsinə görə: -valideynlərin 92,4% - i məktəbin şagirdlərə təhsil, təlim və tərbiyə verdiyini, böyüklərinə və kiçiklərinə hörmət etməyi öyrətdiyini, məktəbin şagirdlər üçün ikinci evləri olduğunu, müəllimlərin şagirdlər üçün ikinci valideyin olduğunu, gələcəyə inamla baxmalarına şərait yaratdığını, vətəni sevməyi, uşaqların düzgün inkişafını istiqamətləndirdiyini göstərir;-valideynlərin 5% - i şagirdlərin əlavə repetitorla məşğul olduqlarını qeyd etmişdi; -valideynlərin 2,6% - i hər şeyin şagirddən asılı olduğunu göstərir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi