TARİXİN QANLI FACİƏSİ -XOCALI

26 fevral tarixində Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə Xocalı faciəsinə həsr olunmuş sinif təşkilat saatları keçirildi. Həmçinin ilk dərslər Xocalı faciəsinə həsr olundu. İlk olaraq Xocalı soyqırımı qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Xocalı soyqırımı haqqında məlumat verilib. Bildirilib ki, Xocalı soyqırımında, cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində 613 nəfər qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 nəfər dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi hələdə məlum deyil.