XOCALI SOYQIRIMINA HƏSR OLUNMUŞ DİVAR QƏZETLƏRİ HAZIRLANDI

Məktəbin Fəaliyyət Planına uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədi ilə "Xocalı soyqırımının otuz üçüncü ildönümünün keçirilməsi" ilə bağlı hazırlanmış Tədbirlər Planına əsasən fevralın 25-də məktəbin şagirdləri Xocalı soyqırımına həsr olunmuş divar qəzetləri hazırladılar. Qəzetlərdə şagirdlərin Vətən sevgisi ön planda tutulmuşdur.
Həmçinin kitabxanada Xocalı faciəsinin 33cü ildönümü ilə bağlı dəyirmi masa keçirildi.