Xocalı: Xalqımızın sağalmaz yarası
Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə Xocalı faciəsinin 33-cü ildönümü ilə bağlı kitabxana müdiri Minayə Məmmədovanın təşkilatçılığı ilə dəyirmi masa keçirildi.
Tədbir iştirakçıları tədbirdə ilk olaraq Xocalıda şəhid olanların fotosərgisinə, Xocalı haqqında yazılmış kitablara baxış keçirilib.
Dəyirmi masada Xocalı faciəsinin canlı şahidləri həmin hadisədən, ermənilərin törətdiyi vəhşiliklərdən danışıblar. Çıxışlarda Xocalı faciəsinin səbəbi, onun ağır nəticələri, faciə nəticəsində xalqımıza vurulan maddi və mənəvi zərərlər barədə məlumat verilib.