SUVEREN AZƏRBAYCANIN UNUDULMAZ YARASI : XOCALI FACİƏSİ

Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə “Suveren Azərbaycanın unudulmaz yarası: Xocalı faciəsi” adlı inşa-yazı müsabiqəsi keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd şagirdlər arasında vətənpərvərlik duyğularını təbliğ etmək, Xocalı Soyqırımı qurbanlarının əziz xatirəsini yad etmək, birliyi və həmrəyliyi daha da mökəmləndirməkdən ibarətdir.