XOCALI FACİƏSİ UŞAQLARIN GÖZÜ İLƏ

Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə "Xocalı faciəsi uşaqların gözü ilə" adlı rəsm sərgisi keçirildi. İlk öncə Xocalı soyqırımda və torpaqlarımızın azadlığı uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbir böyüməkdə olan gənc nəsli vətənpərlik ruhunda tərbiyə etmək, uşaqların öz tarixini dərindən bilməsi, Xocalı soyqırımı zamanı xalqımıza qarşı törədilən amansız cinayətlər barədə uşaq və gəncləri məlumatlandırmaq, torpaqlarımızın azadlığı uğrunda qurban gedənlərin xatirəsinin yad edilməsi məqsədi daşıyırdı.