Bullinqin əsiri olmayaq

Məktəbin psixoloqu Günəş Cahangirlinin təşkilatçılığı ilə "Bullinqin əsiri olmayaq" mövzusunda görüş keçirildi. Görüş zamanı bullinqin nə olduğu, onun fiziki və psixoloji təsirləri, qarşısının alınması yolları və dostluq münasibətlərinin əhəmiyyəti müzakirə olundu. Şagirdlərə bullinq hallarında necə davranmaq və kimə müraciət etmək barədə tövsiyələr verildi. Tədbir interaktiv şəkildə təşkil olunaraq şagirdlərin aktiv iştirakı təmin edildi. Məqsəd, sağlam məktəb mühiti yaratmaq və şagirdlərin sosial-emosional rifahını gücləndirmək idi.