Beynəlxalq Təhlükəsiz İnternet

Sürətli və sərhədsiz əlçatanlıq sayəsində həyati əhəmiyyətli dərəcədə asanlaşdıran internet uşaqlar üçün həm əyləncə, həm də tədris vasitəsidir. Uşaqların internet təhlükəsizliyi mövzusunda həm valideynlər, həm də uşaqlar düzgün istiqamətləndirilməlidirlər. İnternetdən təhlükəsiz istifadə hər bir fərdin həyatında əhəmiyyətli rol oynasa da, uşaqlar üçün təhlükəsizliyin daha vacib olması qaçılmaz reallıqdır. Z. Məmmədov adına 103 nömrəli tam orta məktəbdə informatika müəllimi Şəbnəm Məlikovanın təşkilatçılığı ilə şagirdlər ilə internet təhlükəsizliyinin təmin olunması üçün "İnternet şəbəkəsində təhlükəsiz davranış" qaydaları ilə bağlı maarifləndirici söhbət apardı. Kamalə müəllim bu mövzuda təqdimatla çıxış edərək, uşaqlara internetdən istifadə edərkən qarşılaşa biləcəkləri təhlükələr barədə məlumat verib, virtual aləmdə yeniyetmələrin dələduzlar tərəfindən necə aldadılaraq təsir altına salınması, şantaj olunması barədə uşaqları xəbərdar edib. Bununla yanaşı, sosial şəbəkələrdən istifadə edərkən hansı təhlükəsizlik qaydalarına riayət etməli olduqları, çətin və yaddaqalan şifrə yaratmağın yolları və s. barədə tövsiyələrini verib. Uşaqlar yalnız evdə mövcud olan internetdən istifadə etmir. Bununla yanaşı internet klublarda, məktəblərdə də internetə qoşulur və informasiya əldə edirlər. Dövlət tərəfindən həyata keçirilən layihə nəticəsində bir müddətdir ki, məktəblərdə filtrlənmiş internetdən istifadə olunur.