BEYNƏLXALQ KİTAB BAĞIŞLAMA GÜNÜ

Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbin kitabxana müdiri Minayə Məmmədovanın təşkilatçılığı ilə  14 fevral tarixində məktəbin  şagirdləri Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə bir-birlərinə kitab hədiyyə etdilər. Şagirdlər sevdikləri kitabları dostlarına təqdim edərək, oxumağın və paylaşmağın dəyərini anladılar. Tədbir zamanı onlar kitablar haqqında fikirlərini bölüşdü, maraqlı hekayələr danışdı və yeni əsərlərlə tanış oldular. Bu təşəbbüs məktəbdə oxu mədəniyyətini gücləndirməklə yanaşı, dostluq və paylaşma hisslərini də inkişaf etdirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi