AZƏRBAYCAN ƏSGƏRİNİN QƏHRƏMANLIQ RƏMZİ- MÜBARİZ İBRAHİMOV

07 fevral  2025-ci il tarixində Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü ilə əlaqədar "Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzi - Mübariz İbrahimov" adlı tədbir keçirilib. Tədbirdə Azərbaycanın ərazi bütövlüyü, azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Yasəmən Abdullayeva  açaraq Azərbaycan Ordusunun fədakar hərbi qulluqçusu Mübariz İbrahimovun həyat və döyüş yolu haqqında geniş məlumat vermiş, onun ölkəmizdə eləcə  də vətənimizin hüdudlarından kənarda qəhrəmanlıq, şücaət rəmzinə çevrilməsi , döyüş meydanında təkbaşına düşmənin xeyli sayda canlı  qüvvəsini məhv edərək şərəfli tarix yazdığını vurğulamışdır.  Tədbirdə çıxış edənlər vətənə xidmətləri  ilə böyük qürur hissi duyduqlarını,44 gün ərzində  Mübariz İbrahimov, eləcə də bütün şəhidlərimizin qisasının alındğını, dövlət tərəfindən onlara göstərilən qayğı və diqqətdən söz açmış,hər an Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmrlərinə hazır olduqlarını bildirmişlər. Sonda məktəblilər Mübariz İbrahimov haqqında film izlədilər. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi