GƏNCLƏR GÜNÜ

Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə “2 fevral – Gənclər Günü” ilə bağlı dəyirmi masa təşkil edilib. Dəyirmi masanı giriş sözü ilə açan Yasəmən Abdullayeva tədbir iştirakçılarını salamladı və bayram münasibəti ilə tələbə - gəncləri təbirik etdi.Çıxışına davam edərək Yasəmən Abdullayeva 2 fevral – Gənclər Gününün yaranma tarixi haqqında qısa xatırlatma etdi. Sədr bildirdi ki, bu tarixi gün 1996-cı ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Bu, ümummilli lider Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub.