Sözün Zəlimxan zirvəsi

Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbin kitabxana müdiri Minayə Məmmədovanın təşkilatçılığı ilə "Sözün Zəlimxan zirvəsi" adlı tədbir keçirilib.

Tədbirdə məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Yasəmən Abdullayeva , UBTR Vüsalə Məmmədova , kitabxana müdiri Minayə Məmmədova , Südabə Behbudova  və kitabxananın fəal oxucuları iştirak ediblər.

Tədbirin aparıcısı müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Zəlimxan Yaqubun həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verib.

Daha sonra çıxış edənlər vurğulayıblar ki, çağdaş Azərbaycan poeziyasında özünəməxsus yeri, poetik nəfəsi olan Zəlimxan Yaqubun əsərləri xalqımıza məxsus mütləq dəyərlərin, folklor yaradıcılığı qaynaqlarından süzülüb gələn ənənələrin diriliyi ilə səciyyələnir, ədəbiyyatımızda irsilik ideyasını tərənnüm edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi