İLK DƏRSLƏR 20 YANVAR FACİƏSİNƏ HƏSR OLUNDU

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 35 il keçir.Hər il olduğu kimi bu tədris ilində də bugünkü ilk dərslər Qanlı Yanvar faciəsinə həsr olundu. Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbin müəllim və şagirdləri tərəfindən hazırlanmış videoçarxlar vasitəsilə qanlı yanvar hadisələri ürək yanğısı ilə yad edildi. Şagirdlərin ifasında tariximizin qan yaddaşına həsr olunmuş şeirlər səsləndirildi.