VƏTƏN ŞƏHİDLƏRİ HEÇ VAXT UNUTMAYACAQ !

Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə əlaqədar " Vətən şəhidlərini heç vaxt unutmayacaq !" adlı tədbir keçirildi. Tədbir  Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Şagirdlərə 1990-cı ilin 20 Yanvar hadisələrinin baş verdiyi tarixi dövr haqqında ətraflı məlumat verilib, xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizə əsil qəhrəmanlıq nümunəsi kimi dəyərləndirilib.

Qeyd olunub ki, öz suverenliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu təcəssüm etdirən 20 Yanvar Azərbaycanın istiqlal yolunun başlanğıcı, milli oyanış günüdür. Milli qürur günü kimi tarixə yazılan 20 Yanvarı və bu tarixi yazanların unudulmaması, hər zaman xatırlanması şagirdlərə tövsiyə edilib.

Şagirdlər 20 Yanvar hadisələrinə həsr edilmiş şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi