Məktəblilər Şəhidlər xiyabanını ziyarət edirlər

20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar əllərində qırmızı qərənfil və şəhid şəkilləri tutan məktəblilər Şəhidlər xiyabanına ziyarətə tələsirlər. Qan-qada, top-tüfəng, ölüm-itim nə olduğunu bilməyən, ürəkləri şüşə kimi tərtəmiz olan bu balaca fidanlar ölümsaçan güllələrin qətlə yetirdiyi günahsız şəhidlərin məzarlarına çiçəklər düzürlər.

Şəhidlər haqqında onlara evdə valideynləri, məktəbdə müəllimləri danışıblar, özləri kitablardan oxuyublar. İndi də öz canları-qanları ilə onlara bütöv və müstəqil Azərbaycanı, mavi səmanı, parlaq Günəşi bəxş edən müqəddəs şəhidləri ziyarət etməyə gəliblər. Məktəblilər qara mərmər lövhələrdən boylanan hər bir şəhid qarşısında ayaq saxlayır, onların kimliyi, həlak olduğu şərait barədə müəllimlərinin danışdığı hekayətlərə qulaq kəsilirlər. Bu gün eşitdikləri əhvalatlar, şəkillərini gördükləri nurlu simalar, aldıqları təəssüratlar heç vaxt onların yadlarından çıxmayacaq...

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi